• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xərçəngin müalicəsində yeni ümid - Türkiyəli alimlərdən mühüm kəşf

CƏMİYYƏT

10 Noyabr 2026 | 16:00 | Müəllif: Subhan Mahmudov

Xərçəngin müalicəsində yeni ümid - Türkiyəli alimlərdən mühüm kəşf

Türkiyəli alimlər xərçəng müalicəsi üçün yerli istehsal olan dərmanların inkişafına əhəmiyyətli töhfələr veriblər.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti (BEÜ) və İstanbul Medipol Universitetindən olan tədqiqatçılar birgə səylə üç fərqli xərçəng növünü hədəf alan yeni dərmanların hazırlanmasında istifadə oluna biləcək kimyəvi birləşmələr əldə ediblər.

Sözügedən kimyəvi birləşmələr döş, prostat və ağciyər xərçəngi hüceyrələrinə qarşı təsirli ola bilər. Laboratoriya sınaqlarında müsbət nəticə verən kimyəvi  molekullar milli və Avropa patentləri ilə qeydiyyata alınıb.

Araşdırmalar davam edir.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR