• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu dərmanlar görmə itkisinə səbəb ola bilər

DÜNYA

10 Noyabr 2026 | 17:18 | Müəllif: Subhan Mahmudov

Bu dərmanlar görmə itkisinə səbəb ola bilər

Arıqladan dərmanlar görmə itkisinə səbəb ola bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyasının ( FDA ) nümayəndələri məlumat yayıblar. 

Qeyd olunur ki, dərmanlar qeyri-arterial ön işemik optik neyropatiyanın inkişaf ehtimalını artırır.

"Bu, bir gözdə görmə itiliyinin qəfil, ağrısız azalmasına, o cümlədən görmənin tamamilə itirilməsinə səbəb ola biləcək nadir bir vəziyyətdir", - deyə məlumatda qeyd olunub. 

Xəstəlik ağrı olmadan inkişaf edə bilər. Qida və Dərman Administrasiyası (FDA) arıqlama dərmanı istehsalçılarından məhsul məlumatlarına potensial ağırlaşmalar barədə xəbərdarlıqlar daxil etmələrini tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026