• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır

DÜNYA

10 Noyabr 2026 | 17:35 | Müəllif: Subhan Mahmudov

Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir məsələni ermənistanlı həmkarı ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə sərhəd-keçid məntəqələrinin açılması prosesi çox vaxt aparmayacaq.

Uraloğlu bu zaman Azərbaycan üçün əhəmiyyətli məsələlərin nəzərə alınacağını vurğulayıb.

Nazir sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026