• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

UKMTO Oman sahillərində tankerə hücum barədə məlumat yayıb

DÜNYA

10 Noyabr 2026 | 20:54 | Müəllif: Əli Hüseynov

UKMTO Oman sahillərində tankerə hücum barədə məlumat yayıb

Oman sahilləri yaxınlığında tanker hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) bəyanatında deyilir.

"UKMTO Omanın Lima şəhərindən 19 dəniz mili (35 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Tanker gəmisinin kapitanı naməlum mərmi ilə zərbə aldıqlarını bildirib", - məlumatda vurğulanıb və əlavə edilib ki, heyət üzvləri təhlükəsizlikdədir, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat yoxdur.

Gəmi kapitanı səhər saatlarında zərərin qiymətləndirilməsini həyata keçirəcək:

"Gəmilərə ərazidən keçərkən ehtiyatlı olmaq, hər hansı şübhəli fəaliyyət barədə isə UKMTO-ya məlumat vermək tövsiyə olunur. Hazırda aidiyyəti qurumlar insidentlə bağlı araşdırma aparır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026