• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?

    CƏMİYYƏT

    11 Noyabr 2026 | 10:35 | Müəllif: Əli Hüseynov

    TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?

    Payız-qış mövsümünə hazırlıq məqsədilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində pasiyentlərin vaxtında və keyfiyyətli tibbi xidmətlə təmin olunması, eləcə də mümkün müraciət artımına hazırlığın təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə stasionar xidmətin təşkili, çarpayı fondunun mövcud vəziyyəti və zərurət yarandığı halda əlavə resurslardan istifadə imkanları diqqətdə saxlanılır.

    Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yoluxucu xəstəliklər şöbələrində kifayət qədər çarpayı ehtiyatı mövcuddur.

    Qeyd edək ki, qrip və digər respirator xəstəliklər, əsasən ambulator şəraitdə müalicə olunur. Belə ki, xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimlərinin müşahidəsi altında müvafiq müalicə alır və müalicələrini ev şəraitində davam etdirirlər. Lakin xəstəliyin ağırlaşması və ya stasionar müalicəyə ehtiyac yarandığı hallarda pasiyentlərin tibb müəssisələrinə hospitalizasiyası təmin edilir. Həmçinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qripə qarşı vaksinasiya aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026