• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

İQTİSADİYYAT

11 Noyabr 2026 | 10:03 | Müəllif: Əli Hüseynov

ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 5,4% təşkil edəcəyini proqnozlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, ING əvvəlki qiymətləndirmələrlə müqayisədə 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını dəyişməyib.

    Bankın analitikləri 2026-cı ilin IV rübündə orta illik inflyasiyanın 5,7% olacağını gözləyirlər. Əvvəlki proqnoz 5,8% təşkil edirdi.

    2027-ci ilin I və II rüblərində inflyasiyanın 5,5%, III və IV rüblərində isə 5,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

    ING həmçinin, Azərbaycanda 2028-ci il üzrə orta illik inflyasiya proqnozunu 0,7 faiz bəndi artıraraq 6%-ə çatdırıb.

    Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026