• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hindistanda sərnişin qatarı relsdən çıxıb

DÜNYA

11 Noyabr 2026 | 09:04 | Müəllif: Əli Hüseynov

Hindistanda sərnişin qatarı relsdən çıxıb

Hindistanın Assam ştatında sərnişin qatarının lokomotivi və beş vaqonu relsdən çıxıb.

Bakıvaxtı.az "The Hindu" nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 11-də yerli vaxtla saat 06:54 radələrində (Bakı vaxtı ilə 05:24-də) Kamrup dairəsindəki Diqaru dəmir yolu stansiyası ərazisində baş verib.

Rəsmi məlumatlara görə, ölən və xəsarət alan yoxdur.

Dəmir yolu administrasiyasının nümayəndəsi Kapindcal Kişor Şarmanın bildirdiyinə görə, hadisə qatarın başqa bir qatarı yola salmalı olduğu stansiyaya daxil olarkən baş verib.

"Maşinist sürətə nəzarət edə bilməyib, nəticədə lokomotiv və beş vaqon relsdən çıxıb", - o izah edib.

Dəmir yolu nümayəndəsi bütün sərnişinlərin təhlükəsizlikdə olduğunu deyib.

Hadisə yerinə qəza-xilasetmə briqadaları və dəmir yolu rəhbərliyinin nümayəndələri cəlb edilib. Mütəxəssislər bərpa işlərinə və yolların təmizlənməsinə başlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026