• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Torpağa basdırılmış 11 aylıq körpə sağ tapıldı

DÜNYA

11 Noyabr 2026 | 10:23 | Müəllif: Günəş Mərd

Torpağa basdırılmış 11 aylıq körpə sağ tapıldı

ABŞ-nin Cənubi Karolina ştatında atası tərəfindən qaçırılan 11 aylıq körpə torpağa basdırılmış it qəfəsinin içərisində sağ tapılıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, körpə təxminən 24 saat torpaq altında qalıb.

Leksinqton dairəsinin şerifi Brayan Kun hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, KOAH Şarp adlı körpə dəsmala bükülmüş vəziyyətdə qəfəsin içərisində olub.

Şerifin sözlərinə görə, qəfəsin üzərinə qoyulan dəsmal torpağın altında müəyyən hava boşluğu yaradıb. Bu da körpənin təxminən 24 saat sağ qalmasına imkan verib.

Məlumata görə, körpə bazar ertəsi günü atası Maykl Komer tərəfindən qaçırılıb. Hadisədən sonra polis, Federal Təhqiqat Bürosu (FTB) və digər federal qurumların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatı başladılıb.

Çərşənbə axşamı təxminən 100 nəfərlik axtarış qrupu şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə təzə qazılmış torpaq sahəsi aşkarlayıb. Ərazidə qazıntı aparan zaman axtarış iştirakçıları körpənin ağlama səsini eşidiblər və dərhal xilasetmə əməliyyatına başlayıblar.

Ata həbs edilib

Xilas edilən körpə xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin davam etdiyi və səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer isə bazar ertəsi axşamı saxlanılıb. O, cinayət törətməkdə ittiham olunur.

Şerifin ofisi və rayon prokurorluğu şübhəliyə qarşı əlavə ittihamların irəli sürülməsi üzərində işləyir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026