• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Good morning, maşallah!” 

DÜNYA

11 Noyabr 2026 | 16:48 | Müəllif: Günəş Mərd

“Good morning, maşallah!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə səmimi salamlaşması diqqət çəkib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, dialoq COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Zirvəsində baş verib.

Dövlət və hökumət nümayəndələrini qarşılayan Ərdoğan fon der Lyayenin əlini sıxarkən ingilis dilində “Good morning, maşallah! How are you?” deyə müraciət edib. Fon der Lyayen isə gülümsəyərək “Çox yaxşıyam” cavabını verib.

Qeyd edək ki, noyabrın 9-da başlayan COP31 İqlim Konfransı ayın 20-dək davam edəcək. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev, Pakistanın Baş naziri Şahbaz Şərif və digər ölkələrin rəhbərləri də iştirak edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR