İtaliyada 300-dən çox məktəbə bomba qoyulması ilə bağlı e-poçt göndərilib.
Bakıvaxtı.az BelTA-ya istinadən xəbər verir ki, təhdidlər Roma, Milan və Genuya da daxil olmaqla bir çox şəhərdəki məktəblərə ünvanlanıb.
Təhlükəsizlik üçün bəzi məktəblər və uşaq bağçaları təxliyə edilib.
Polis məktəblərdə yoxlama aparıb, hələlik heç bir təhlükə aşkarlanmayıb.
Bildirilir ki, bütün e-poçtlar "Mixail Andropov" adı ilə imzalanıb. Həmin şəxs Baş nazirin maşınına da bomba qoyulduğunu iddia edib.
Araşdırma davam edir.
Gülşən Şərif
















