• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək

DÜNYA

12 Noyabr 2026 | 00:52 | Müəllif: Subhan Mahmudov

Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək

Niderlandın Müdafiə Nazirliyi beynəlxalq vəziyyət pisləşəcəyi təqdirdə orduya məcburi çağırışın tədricən bərpası imkanını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun dövlət katibi Derk Bosveyk NRC qəzetinə müsahibəsində bildirib.

"Təhlükə artarsa, məcburi çağırışı mərhələli şəkildə bərpa etmək imkanımız olmalıdır", - o deyib.

Onun sözlərinə görə, əvvəlcə gənclər xüsusi anketləri doldurmağa, daha sonra isə tanışlıq müsahibələrindən və tibbi komissiyalardan keçməyə məcbur edilə bilərlər. Sonuncu mərhələ həqiqi hərbi xidmətə çağırış olacaq. Ölkədə hərbi vəzifə həm kişilərə, həm də qadınlara şamil edilir, lakin faktiki çağırış hazırda dayandırılıb.

Böhran və ya silahlı münaqişə halında krallıq hakimiyyəti hərbi qulluqçuların, ehtiyatda olanların və Müdafiə Nazirliyinin mülki heyətinin sayını 200 min nəfərə çatdırmaq imkanı əldə etmək niyyətindədir. Hələlik isə üstünlük könüllü cəlbetməyə verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026