• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Xaçmazda qəza: Xəsarət alanlar var 

HADİSƏ

12 Noyabr 2026 | 08:55 | Müəllif: Günəş Mərd

Xaçmazda qəza: Xəsarət alanlar var

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayonun Nərəcan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməsindən çıxan "Mercedes" markalı minik avtomobili əvvəlcə bir neçə ağacı və işıq dirəyini aşırıb.

Daha sonra avtomobil bir neçə dəfə aşaraq yoldan 150-200 metr kənarda qaz borusuna dəyərək dayanıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026