• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağızdan nəfəs almaq təhlükəlidir – Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Noyabr 2026 | 10:11 | Müəllif: Günəş Mərd

Ağızdan nəfəs almaq təhlükəlidir – Həkimdən XƏBƏRDARLIQ

Bir çox insan yatarkən, kompüter qarşısında oturarkən və ya gəzərkən ağızdan nəfəs alır. Plastik cərrah və LOR mütəxəssisi İlyana Qonçarova bu vərdişin boğaz və dişlərlə yanaşı, üz quruluşuna da təsir göstərə biləcəyini bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bu barədə “Gazeta.Ru”ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, burun havanı sadəcə ağciyərlərə ötürmür, həm də onu isidir, nəmləndirir və təmizləyir. Burundan nəfəsalma hava axınının daha dərin və bərabər şəkildə tənzimlənməsinə kömək edir.

Ağızdan nəfəs aldıqda isə orqanizmə quru, soyuq və süzülməmiş hava daxil olur. Bu, tənəffüs yollarına əlavə yük yarada bilər. Eyni zamanda ağız boşluğunun selikli qişası quruyur, tüpürcəyin dişləri və diş ətlərini bakteriyalardan qoruma qabiliyyəti azalır. 

Həkim qeyd edib ki, nəticədə kariyes, stomatit, xroniki faringit və tonzillit kimi problemlər yarana bilər.

Mütəxəssisin fikrincə, ağızdan nəfəsalma əksər hallarda sadəcə vərdiş deyil, burundan nəfəs almağa mane olan problemlərlə bağlıdır. Bunlara burun çəpərinin əyriliyi, burun balıqqulaqlarının böyüməsi, poliplər və xroniki sinusit daxildir.

Qonçarova xüsusilə uşaqlarda bu vəziyyətin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaqlıq dövründə davamlı ağızdan nəfəsalma üz skeletinin inkişafına təsir göstərə, alt çənənin geriyə doğru inkişaf etməsinə və mikroqnatiyaya səbəb ola bilər.

Həkim bildirib ki, uşaq yatarkən ağzı açıq qalırsa, xoruldayırsa və ya burnu daim tutulursa, LOR mütəxəssisinə müraciət edilməlidir. Nəfəsalma problemlərinin vaxtında aradan qaldırılması üz quruluşunun düzgün inkişafı baxımından əhəmiyyətlidir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026