• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Semeru bir gündə altı dəfə püskürüb

DÜNYA

12 Noyabr 2026 | 09:55 | Müəllif: Əli Hüseynov

Semeru bir gündə altı dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib.

Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsindən 4 676 m hündürlüyə bərabərdir. Püskürmələr əsasən cənub və cənub-qərb istiqamətlərində ağ və boz külün atılması ilə müşayiət olunub.

Mərkəz yaxınlıqdakı rayonların sakinlərini və turistləri kraterə yaxınlaşmamağa çağırıb, həmçinin sel axınları riski barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026