• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ömrü uzadan idman növü

CƏMİYYƏT

12 Noyabr 2026 | 09:29 | Müəllif: Günəş Mərd

Ömrü uzadan idman növü

“Men Today” jurnalistləri müntəzəm tennis oynamağın uzunömürlülüklə əlaqəli olduğunu bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilib.

Danimarkada aparılan araşdırmaya görə, tennis oynayanlar oturaq həyat tərzi sürənlərlə müqayisədə orta hesabla 9,7 il daha çox yaşayırlar. Bununla belə, bu göstərici statistik əlaqəni əks etdirir və ömrün mütləq uzanacağına zəmanət vermir.

Britaniyada aparılan başqa bir araşdırmada isə tennis, badminton və squash oynamağın bütün səbəblərdən ölüm riskini 47 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini isə 56 faiz azaltdığı müəyyən edilib.

Mütəxəssislər tennisin faydalarını fiziki aktivlik, zehni stimullaşdırma və sosial ünsiyyətin birləşməsi ilə əlaqələndirirlər. Bu idman növü sürətli reaksiyalar, intensiv hərəkətlər və rəqiblə qarşılıqlı əlaqə tələb edir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026