• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Nazir güləşçilərlə görüşüb - Fotolar

İDMAN

12 Noyabr 2026 | 12:56 | Müəllif: Günəş Mərd

Nazir güləşçilərlə görüşüb - Fotolar

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a federasiyadan məlumat verilib.

Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və müasir idman infrastrukturunun yaradılması beynəlxalq arenada idmançılarımızın uğurlarına geniş imkanlar açıb.

Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub. Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin növbəti uğuru kimi dəyərləndirilib.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında oğlanlardan ibarət milli komandamızın 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında birinci yer tutması da Azərbaycan güləşinin beynəlxalq arenadakı uğurlarının davamlı xarakter aldığını nümayiş etdirir.

Mikayıl Cabbarov idmançıları, məşqçiləri və federasiyanın müvafiq strukturlarının nümayəndələrini əldə olunan mühüm nəticələr münasibətilə təbrik edib. Qarşıdakı dövrdə hazırlıq prosesinin daha da gücləndirilməsinin, idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin vacibliyi diqqətə çatdırılıb. Xüsusilə iki ildən sonra keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına hazırlığın indidən sistemli və məqsədyönlü şəkildə qurulmasının, olimpiya hədəflərinə uyğun strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycan güləşinin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və mövcud uğurların davamlılığının təmin edilməsi istiqamətində işlərin ardıcıl şəkildə həyata keçirilməsi yönündə tədbirlər qeyd olunub.


Nazir güləşçilərlə görüşüb - FotolarNazir güləşçilərlə görüşüb - FotolarNazir güləşçilərlə görüşüb - FotolarNazir güləşçilərlə görüşüb - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026