Xocavənddə mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti stabildir.
Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü kişi Füzuli Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Pasiyentə saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası diaqnozu qoyulub və zəruri tibbi xidmət göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Zeynəb Rzayeva
















