• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Pakistanda əri məşhur teleaparıcını evdə güllələdi

DÜNYA

12 Noyabr 2026 | 13:11 | Müəllif: Zeynəb Rzayeva

Pakistanda əri məşhur teleaparıcını evdə güllələdi

Pakistanlı məşhur televiziya xəbərləri aparıcısı Rabiyə Əhsən Ravalpindi şəhərində yerləşən evində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Məlumata görə, qohumları 41 yaşlı aparıcını yataq otağında qan içində aşkarlayıblar. O, aldığı güllə yaralarından həyatını itirib.

Öldürülən qadının yanında əlində tapança olan əri dayanıbmış. Kişi hadisə yerinə gələn polis əməkdaşlarına silahın dolu olduğunu bilmədiyi üçün arvadını təsadüfən vurduğunu bildirib.

O, hazırda nəzarət altındadır. Cütlük 16 il evli olub. Onların 13 və 11 yaşlarında iki qızı var. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026