General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva hakim qarşısına çıxarılıb.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Məhkəmənin yekun qərarı ilə Türkər Əliyeva ev dustaqlığına buraxıldı.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) və 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevadan şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
***15:37
500 min manatdan artıq dələduzluqda təqsirləndirilən, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevaya əlavə maddələrlə də ittiham elan olunub.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğunda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı daha iki maddə ilə də ittiham elan olunub.
Məlumata görə, T.Əliyevaya qarşı, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
***
13:57
General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.
Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
***
12:38
Xəbər verdiyimiz kimi general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
















