• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sankt-Peterburqda avtomobil partladılıb, polkovnik ölüb

DÜNYA

12 Noyabr 2026 | 10:16 | Müəllif: Əli Hüseynov

Sankt-Peterburqda avtomobil partladılıb, polkovnik ölüb

Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib.

    İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.

    Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Onun polkovnik olduğu açıqlanıb.

    Şahidlərin sözlərinə görə, partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınaraq yolun kənarına səpələnib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR