• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü

HADİSƏ

12 Noyabr 2026 | 12:27 | Müəllif: Əli Hüseynov

Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü

Cəlilabad rayonunda 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 11-i saat 10:25 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsi ərazisindən çağırış qeydə alınıb.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026