• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Gürcüstan Prezidenti Ərdoğanla görüşdü

DÜNYA

12 Noyabr 2026 | 14:51 | Müəllif: Əli Hüseynov

Gürcüstan Prezidenti Ərdoğanla görüşdü

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalyada COP31 konfransı çərçivəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    Bakıvaxtı.az xəbər verir ki, tərəflər Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığı, həmçinin regionda və dünyada baş verən prosesləri müzakirə ediblər.

    Mixeil Kavelaşvili strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini bir daha vurğulayıb və Türkiyə Prezidentini Gürcüstana səfərə dəvət edib.

    Regional məsələlərin müzakirəsi zamanı xüsusi diqqət Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinin vacibliyinə yetirilib.

    Görüşdə ticarət-iqtisadi əlaqələr, nəqliyyat və enerji sahəsində əlaqələndirmə məsələləri, Orta Dəhlizin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026