"Fənərbağça" qış transfer dönəmində heyətini gücləndirmək üçün "Real Madrid"in braziliyalı futbolçusu Endriki transfer siyahısına daxil edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Emre Belözoğlunun hücum xəttində fərqli oyun keyfiyyətlərinə malik futbolçunun olmasını istədiyi bildirilir. Bu baxımdan Romelu Lukaku və Vedat Muriçin oxşar oyun tərzinə sahib olması yeni hücumçu axtarışını aktuallaşdırıb.
Məlumata görə, 20 yaşlı Endrik "Fənərbağça" rəhbərliyinin diqqətini çəkən əsas namizədlərdən biridir. Türkiyə təmsilçisi qış transfer pəncərəsi açıldıqdan sonra "Real Madrid"lə danışıqlara başlamağı düşünür.
Madrid klubunun braziliyalı hücumçunun keçidi üçün 40 milyon avro tələb etdiyi iddia olunur. Bu rəqəmi yüksək qiymətləndirən "Fənərbağça"nın futbolçunu satınalma şərti ilə icarəyə götürmək variantına üstünlük verə biləcəyi qeyd edilir.
Xatırladaq ki, Endrik ötən mövsümün ikinci yarısında icarə əsasında "Lion"un formasını geyinib. Braziliyalı oyunçu Fransa klubunda keçirdiyi 21 qarşılaşmada 8 dəfə fərqlənib, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
















