• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Söyüş söymək stressi azaldır - ARAŞDIRMA

CƏMİYYƏT

12 Noyabr 2026 | 15:37 | Müəllif: Gülşən Şərif

Söyüş söymək stressi azaldır - ARAŞDIRMA

Söyüş söymək qısamüddətli emosional rahatlama və stres atmaq vasitəsidir.

Bakıvaxtı.az "CNBC"yə istinadən xəbər verir ki, bu, İngiltərənin Keele Universitetinin apardığı araşdırmalar nəticsində yer alıb.

Tədqiqatçılar hesab edirlər ki, söyüş söymək orqanizmdə "qaç və ya döyüş" reaksiyasını işə salır. Bu proses adrenalinin artmasına və fiziki ağrıya dözümlülüyün yüksəlməsinə səbəb olur.

Psixoloq Riçard Stefensə görə, söyüş işlətmək sosial məhdudiyyətləri müvəqqəti aradan qaldırır. Nəticədə insan özünü daha sərbəst hiss edir və daxili gərginliyi çıxır. 

Araşdırmaya görə, gündəlik danışıqda tez-tez söyüşdən istifadə edən insanlarda beyin bu sözlərə qarşı həssaslığını itirir. Belə olduqda söyüş artıq stres atmaq və ya ağrını azaltmaq funksiyasını yerinə yetirmir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR