• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Onların maaşları artırılsın - Deputatdan çağırış

İQTİSADİYYAT

12 Noyabr 2026 | 17:44 | Müəllif: Əli Hüseynov

Onların maaşları artırılsın - Deputatdan çağırış

Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının olmaması haqqında məsələ qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir:

"Hesab edirəm ki, bu problem həllini tapmalıdır. Həmçinin büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026