• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Mavi Balina-2026" təlimi davam edir

DÜNYA

12 Noyabr 2026 | 15:54 | Müəllif: Gülşən Şərif

"Mavi Balina-2026" təlimi davam edir

Türkiyənin ev sahibliyi etdiyi "Mavi Balina-2026" təlimi Şərqi Aralıq dənizində keçirilir.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, təlim 9-20 noyabr tarixlərində təşkil olunur. 

Sualtı Donanma komandanı Əhməd İşçi bildirib ki, təlimin məqsədi sualtı qayıq əleyhinə müharibə bacarıqlarını artırmaq və müttəfiqlər arasında əməkdaşlığı gücləndirməkdir.

Təlimə Türkiyədən 8 sualtı qayıq, 11 gəmi, 5 helikopter, 3 patrul təyyarəsi və PUA-lar cəlb olunub. Xarici iştirakçılar arasında İspaniya, Yunanıstan, ABŞ və Pakistan var. Təlimdə 12 ölkə və NATO qüvvələri iştirak edir.

Təlimə ümumilikdə 4500-dən çox hərbçi qatılıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR