• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"

ŞOU

12 Noyabr 2026 | 16:56 | Müəllif: Əli Hüseynov

Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"

Müğənni Sədəf Budaqovanın geyimləri ilə bağlı etirafı canlı efirdə müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki,ənətçi səhnə libaslarının bir qismini moda evlərinə kirayə verdiyini və bunun qarşılığında gəlir əldə etdiyini bildirib.

O, geyimlərini istəyən moda evlərinə təqdim etdiyini, qarşılığında isə müəyyən faiz aldığını söyləyib. Müğənni bütün libaslarının bahalı olduğunu desə də, geyimə həddindən artıq pul xərcləməyin tərəfdarı olmadığını vurğulayıb.

Budaqova indiyədək geyindiyi ən bahalı libasın qardaşının toyuna xüsusi olaraq tikdirdiyi paltar olduğunu açıqlayıb. O, bəzi geyimlərinin münasib qiymətə başa gəldiyini, lakin düzgün kombin və təqdimat sayəsində üzərində daha bahalı göründüyünü də qeyd edib.

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026