• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Lənkəranda kütləvi zəhərlənmənin SƏBƏBİ

HADİSƏ

12 Noyabr 2026 | 16:56 | Müəllif: Əli Hüseynov

Lənkəranda kütləvi zəhərlənmənin SƏBƏBİ

Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirlib ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər.

Göstərilən tibbi yardımlardan sonra ailənin bütün üzvləri günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.

Zeynəb Rzayeva

***

16:14

Lənkəran rayonunda kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır.

İlkin məlumata görə, həmin şəxslər qidadan zəhərləniblər.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026