• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Polşa 14 illik fasilədən sonra Dəməşqdəki səfirliyini açır

DÜNYA

13 Noyabr 2026 | 19:59 | Müəllif: Subhan Mahmudov

Polşa 14 illik fasilədən sonra Dəməşqdəki səfirliyini açır

Polşa gələn ilin yanvar ayında Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Hazırda Dəməşqdə səfirlik binasının heyətin qəbuluna hazırlanmasına cavabdeh olan Polşa müvəkkili var. Söhbət ilk növbədə on ildən çox əvvəl tərk edilmiş binanın təmirindən gedir. Obyekt hərbi əməliyyatlar nəticəsində zərər çəkməsə də, onun yenilənməyə ehtiyacı var.

Xatırladaq ki, Polşanın diplomatik heyəti 2012-ci ildə başlayan müharibə ilə əlaqədar Suriyadan çıxarılmışdı.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026