• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

İDMAN

13 Noyabr 2026 | 18:57 | Müəllif: Subhan Mahmudov

Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu ada “Aston Villa”nın hücumçusu Nikolas Cekson layiq görülüb. O, 8 namizəd arasından azarkeşlərin səsverməsi nəticəsində qalib olub.

25 yaşlı hücumçu oktyabr ayında Premyer Liqada keçirdiyi 4 oyunda 4 qol vurub. Onun ən yaddaqalan çıxışı “Mançester Siti” ilə matça təsadüf edib. Cekson həmin görüşdə dubl edərək komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynayıb.

Cekson“Brentford” və “Fulhem”lə qarşılaşmalarda da fərqlənib.

Qeyd edək ki, bu, Ceksonun Premyer Liqada karyerası ərzində qazandığı ilk fərdi mükafatdır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026