• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Nəticə əsaslı büdcəyə keçid sürətləndirilir? 

SİYASƏT

16 Noyabr 2026 | 11:36 | Müəllif: Günəş Mərd

Nəticə əsaslı büdcəyə keçid sürətləndirilir?

“Fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2025-ci ildə nəticə əsaslı büdcə üzrə maliyyələşmənin həcmi 6,1 milyard manata çatıb. Bu məbləğ ümumi büdcə xərclərinin 15,8 faizini təşkil edib.

Azər Əmiraslanovun sözlərinə görə, fiskal konsolidasiya prosesinin sürəti nəticə əsaslı büdcə mexanizminin tətbiqinin də sürətləndirilməsini zəruri edir.

Komitə sədri vurğulayıb ki, bu iki istiqamətin daha sıx əlaqələndirilməsi büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması üçün əlavə imkanlar yarada bilər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026