Xaçmaz rayonunun Yalama kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, apa-nın məlumatına görə, ötən gecə “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində 26 yaşlı Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub.
















