• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ Gürcüstana yardımı 27 dəfə azaltdı

DÜNYA

16 Noyabr 2026 | 11:45 | Müəllif: Gülşən Şərif

ABŞ Gürcüstana yardımı 27 dəfə azaltdı

ABŞ Gürcüstana yardımın maliyyələşdirilməsini təxminən 27 dəfə azaldıb.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, Dövlət Departamentinin hesabatında yer alıb.

Hesabata görə, 2025-ci maliyyə ilində Gürcüstana yardım üçün 37,6 milyon dollar, 2026-cı ildə isə cəmi 1,4 milyon dollar ayrılıb. Qalan vəsaitin böyük hissəsi beynəlxalq hərbi təhsil və təlim proqramına yönəldilib.

Azalmanın Donald Trampın Ağ Evə qayıtmasından sonra 2025-ci ilin yanvarında başladılan xarici yardımların nəzərdən keçirilməsi fonunda baş verdiyi bildirilir. Nəticədə USAID-in Gürcüstandakı əksər layihələri bağlanıb və ABŞ səfirliyinin qrantlarının təxminən 85%-i ləğv edilib.

Qeyd olunub ki, 1991-ci ildən bəri ABŞ Gürcüstana 6,2 milyard dollardan çox yardım göstərib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026