• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransada fişənglərin satışına qadağa qoyuldu

DÜNYA

16 Noyabr 2026 | 13:08 | Müəllif: Gülşən Şərif

Fransada fişənglərin satışına qadağa qoyuldu

Fransada fişəng və pirotexniki məhsulların satışına və istifadəsinə müvəqqəti qadağa qoyulub.

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, müvafiq fərman Fransanın Rəsmi Qəzetində dərc edilib.

Sənədə görə, ölkə ərazisində 27 noyabr tarixinədək pirotexniki məhsulların və atəşfəşanlığın satışı və istifadəsi qadağandır.

Qərarda bildirilib ki, məhdudiyyət əvvəllər yetkin vətəndaşlara sərbəst satılan F2 və F3 sinifli fişənglərə şamil edilir. Yalnız peşəkar fişəng texniklərinə F4 sinifli məhsulları almağa icazə verilir. Bu sinif fişənglərdən əyləncə üçün deyil, xəsarət yetirmək üçün istifadə olunmağa başlanılıb. Nümayişçilər polis və jandarmlara qarşı fişənglərdən silah kimi istifadə edirlər.

Fransa hökuməti nümayiş keçirmək hüququnun təmin olunduğunu, lakin bunun ətrafdakılara zərər vermək hüququ vermədiyini vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026