• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prokuror general qızı haqda qərardan protest verdi

SİYASƏT

16 Noyabr 2026 | 12:56 | Müəllif: Əli Hüseynov

Prokuror general qızı haqda qərardan protest verdi

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadla xəbər verir ki, protest artıq məhkəməyə təqdim edilib.

Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan general-mayor -  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.

Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim onun təkbaşına böyütdüyü üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini əsas götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026