• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sərxoş sürücülər ölüm riskini 7 dəfə artırır

DÜNYA

16 Noyabr 2026 | 12:22 | Müəllif: Gülşən Şərif

Sərxoş sürücülər ölüm riskini 7 dəfə artırır

Sərxoş sürücülərin törətdiyi hər 5 ciddi qəzadan birində ya özü ölür və ya sərnişinin ölümünə səbəb olurlar. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Rusiyada “If to Be Precise” layihəsi çərçivəsində aparılan araşdırmada yer alıb.

Araşdırmaya 1,47 milyon qəza, 3,63 milyon iştirakçı və 2,33 milyon avtomobil daxil edilib.

Məlum olub ki, minik avtomobillərində ölüm nisbəti ən yüksəkdir. Avtobus və ictimai nəqliyyatda isə ən aşağıdır. Buna səbəb şəhərdə sürətin aşağı olması və sərxoş sürücülərin demək olar ki, olmamasıdır. Minik avtomobilləri arasında ölüm nisbəti Rusiya avtomobillərində 6,1%, Çin avtomobillərində 3,7%, Amerika avtomobillərində 3,4% təşkil edir.

Ən təhlükəli qəzalar isə işıqlandırılmamış yollarda gecə və dumanlı havada baş verir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026