• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sahibkarlara ŞAD XƏBƏR 

SİYASƏT

16 Noyabr 2026 | 12:05 | Müəllif: Günəş Mərd

Sahibkarlara ŞAD XƏBƏR

İxracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ildə qeyri-neft-qaz ixracının həcmi 3,6 milyard ABŞ dollarına çatıb. İxracın 61 faizini sənaye məhsulları təşkil edib. İlin yekununda qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyi gözlənilir.

Onun sözlərinə görə, ixracın coğrafiyasının genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb.

Paket çərçivəsində Bakı və Abşeron yarımadasından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır. Kredit zəmanətlərinin limiti 20 faizdən 50 faizə qaldırılır. Həmçinin qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə sosial sığorta haqlarının kompensasiya hesabındakı vəsait hesabına ödənilməsi imkanı yaradılır.

Mikayıl Cabbarov qeyd edib ki, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.

Bundan başqa, ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin idxal gömrük rüsumlarının isə bir hissəsi dövlət tərəfindən kompensasiya olunur.

Nazir əlavə edib ki, gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal edilən məhsulların azı 50 faizinin ixrac edilməsi şərti ilə həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulur. 2026-cı ildə isə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026