• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Türkiyə elan etdi: Ukrayna ilə bağlı buna hazırıq!

DÜNYA

30 Sentyabr 2025 | 22:12

Türkiyə elan etdi: Ukrayna ilə bağlı buna hazırıq!

Türkiyə Təhlükəsizlik Şurası Rusiya-Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti qiymətləndirib və Ankaranın sülhün yaradılması üçün daha böyük məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının iclasında Rusiya-Ukrayna müharibəsi ətrafında mövcud vəziyyətə qiymət verilib.

Belə ki, müharibənin genişlənməsi riskini göstərən hadisələrlə bağlı narahatlıq ifadə edilib və Türkiyənin sülhün bərqərar olması üçün daha böyük məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu bəyan edilib.


SON XƏBƏRLƏR