• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək

DÜNYA

30 Oktyabr 2025 | 19:10

HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək

HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" yaxın saatlarda iki əsirin meyitini İsrailə təhvil verəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al-Arabiya" qruplaşmanın bəyanatına istinadən bildirib.

Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq.

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.

Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.


SON XƏBƏRLƏR