• Bakı 14° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

“ABŞ başlasa, Rusiya da eyni addımı atacaq”

DÜNYA

30 Oktyabr 2025 | 18:35

“ABŞ başlasa, Rusiya da eyni addımı atacaq”

“Əgər dayandırılmış nüvə sınaqları yenidən həyata keçirilərsə, Rusiya da eyni addımı atacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinə (Pentaqon) “dərhal” nüvə sınaqlarına başlaması barədə verdiyi tapşırığı yada salıb:

“Bu məsələ üzrə moratorium mövcuddur. Əgər kimsə bu moratoriumu pozarsa, Rusiya da eyni şəkildə cavab verəcək”.

Peskov həmçinin Trampın bəzi ölkələrin gizli şəkildə nüvə sınaqları apardığı iddialarına münasibət bildirib:

“Bizim bu barədə hər hansı məlumatımız yoxdur. Rusiya yalnız müdafiə sistemlərini təkmilləşdirmək üçün işlər aparır. “Burevestnik” və “Poseydon” kimi nüvə enerjili silah sistemlərinin testləri nüvə sınağı hesab edilə bilməz”.

Kreml sözçüsü əlavə edib ki, ABŞ ilə Rusiya arasında yeni bir silahlanma yarışı yoxdur, lakin mövzu çox həssasdır və mütəxəssislər səviyyəsində danışıqların aparılmasına ehtiyac var.

O həmçinin xatırladıb ki, Prezident Vladimir Putin ABŞ ilə “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”nin (New START) bitməsindən sonra onun müddətini bir il uzatmağı təklif etmişdi, lakin bu təklifə Vaşinqtondan hələ də cavab verilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabındakı paylaşımında Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri vermişdi./Qafqazinfo


SON XƏBƏRLƏR