• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Bu ölkədə qrip və COVID-19 epidemiyasından ÖLÜRLƏR

DÜNYA

30 Sentyabr 2025 | 20:45

Bu ölkədə qrip və COVID-19 epidemiyasından ÖLÜRLƏR

İspaniyanın Sevilya şəhərində, La Alqaba bölgəsində yerləşən qocalar evində respirator infeksiyaların yayıldığı təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki,Əndəlüs Səhiyyə Nazirliyi baş verənləri rəsmi şəkildə təsdiqləyib.

Ümumilikdə 22 nəfər virusa yoluxub, altı nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi evə buraxılıb, birinin müalicəsi davam edir. Təəssüf ki, dörd nəfər dünyasını dəyişib, onlardan üçü xəstəxanada, biri isə müəssisədə.

Bölgədə 2023-cü ildən tətbiq edilən xüsusi protokollar işə salınıb. Qocalar evlərində təcrid rejimi, gücləndirilmiş nəzarət və səhiyyə qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Yoluxmaların artması fonunda Əndəlüsdə qrip və COVID-19-a qarşı birgə vaksinasiya kampaniyasına start verilib. Hazırda daha riskli qruplar peyvənd olunur, yaxın həftələrdə bu proses digər vətəndaşlara da şamil ediləcək./Milli.az


SON XƏBƏRLƏR