• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Stiven Siqal Rusiyada zavod tikəcək

ŞOU

31 Avqust 2025 | 22:42 | Müəllif: Subhan Mahmudov

Stiven Siqal Rusiyada zavod tikəcək

Amerikalı aktyor Stiven Siqal və oğlu Dominikə məxsus şirkəti Volqoqrad vilayətində plastik emalı zavodu tikəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Mixail Zamarin bildirib.

Məlumatda deyilir:

"Biz ilk birgə layihəni 2026-cı ilin yayında işə salmağı planlaşdırırıq".

M.Zamarinin sözlərinə görə, layihə 2030-cu ilə qədər Rusiyada 50 plastik təkrar emalı zavodunun tikintisini planlaşdırır.

M.Zamarin və S.Siqal şirkətlərini "Hikari MMC"də birləşdiriblər. Bundan başqa, onun sözlərinə görə, şirkət qida, geyim, siqaret, təyyarə satışı və nanotexnoloji elmi araşdırmalarla yanaşı, çirkli plastikin təkrar emalı ilə də məşğul olacaq./ Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR