Xəbər verdiyimiz kimi, ŞƏT sammiti çərçivəsində dövlət rəhbərlərinin Çin lideri ilə görüşü keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, həyat yoldaşı Anna Akopyanla Çin lideri Si Cinpinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan zala Azərbaycan musiqisinin sədaları altında daxil olub.
Görüntüləri Paşinyan "Facebook" səhifəsində paylaşıb. Fonda səslənən "Azərbaycanım" mahnısı bir neçə saniyədən sonra kəsilib.