• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın yay hücumu nəticəsiz başa çatdı - Ukrayna

DÜNYA

31 Avqust 2025 | 11:35 | Müəllif: Subhan Mahmudov

Rusiyanın yay hücumu nəticəsiz başa çatdı - Ukrayna

Rusiya Baş Qərargahının 2025-ci ilin yaz-yay kampaniyasının nəticələri barədə açıqladığı hesabat yalandır və bu kampaniya praktiki olaraq nəticəsiz başa çatdı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

“O hesabat xəyalpərəstliyi reallıq və açıq yalan kimi ötürmək cəhdlərinə əsaslanır. Üç il yarım davam edən genişmiqyaslı təcavüzündən sonra Kremlin son mövsümi hücum kampaniyası praktiki olaraq heç bir nəticə vermədi. Gerasimovun açıqlamalarına baxmayaraq, rus qoşunları heç bir böyük şəhərə tam nəzarət edə bilməyib. Bununla belə, ilin əvvəlindən Xarkov, Luqansk və Donetsk vilayətlərindəki mənasız döyüşlərdə ruslar 210 minə yaxın əsgərini itirib”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026