Misir və Qətər ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoyacaq 20 maddəlik həll planını HƏMAS-a çatdırıb.
Bakıvaxtı.az bu barədə "Əl-Qahirə"yə istinadla xəbər verir.
Məlumata görə, HƏMAS planı müsbət şəkildə araşdıracağını bildirib. Hərəkat təklifləri digər Fələstin qrupları ilə birgə dəyərləndirəcək.
HƏMAS lideri Mahmud Mərdavi planın İsrail mövqeyinə yaxın olduğunu vurğulayıb. O, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyən heç bir təklifi qəbul etməyəcəklərini bəyan edib.
Əli Hüseynov