2025-ci ildə Türkiyəyə gələn rusiyalı turistlərin sayı 7 milyona çata bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç deyib.
“Daha bir vacib sahə turizmdir. 2024-cü ildə ölkəmizə 6,7 milyon rusiyalı turist gəlib. Bu il isə bu rəqəmin 7 milyona çatacağını gözləyirik”, - deyə diplomat bildirib.
Bilgiç həmçinin əlavə edib ki, Rusiyaya səfər edən türkiyəli turistlərin sayı hər keçən gün artmaqdadır.
Bakı 


