"İnsultdan qorunmaq və müalicə prosesinin effektini artırmaq üçün sağlam qidalanmaya xüsusi diqqət yetirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova Nazirliyin "Instagram" səhifəsində canlıda məlumat verib.
Onun sözlərinə görə, düzgün qidalanma beyin damarlarının sağlamlığını qorumaqda əsas amillərdəndir:
“Qidalanmada bitki tərkibli məhsullara üstünlük verilməlidir. Duzlu yeməklərdən uzaq durmaq, heyvani yağlar əvəzinə bitki yağlarından istifadə etmək, həmçinin şirin və karbohidrat tərkibli qidalardan çəkinmək lazımdır. Bu, həm insultun yaranma riskini azaldır, həm də reabilitasiya dövründə bərpanı sürətləndirir".
Əli Hüseynov
Bakı 


