• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

AB və Azərbaycan arasında mühüm müzakirə

SİYASƏT

28 Yanvar 2026 | 23:44

AB və Azərbaycan arasında mühüm müzakirə

Avropa Birliyinin (AB) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş direktor X hesabındakı paylaşımında bildirib.

"Avropa Birliyi və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi - red.) AB-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR

28 Yanvar 2026