• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Xarici media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər

CƏMİYYƏT

28 Yanvar 2026 | 16:52

Xarici media nümayəndələri Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici media nümayəndələri Ağdam rayonunun Namirli kəndində minatəmizləmə əməliyyatını izləyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, media nümayəndələrinə həmçinin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib. Qonaqlara Azərbaycanın mina problemi və bu problemin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat təqdim olunub, həmçinin müsahibələr aparılıb.


SON XƏBƏRLƏR