• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Böyük qayıdış":  Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB

CƏMİYYƏT

27 Fevral 2026 | 15:52 | Müəllif: Qalib İbrahimoğlu

"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB

Bu gün doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Kəlbəcərə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

14:16

Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:17

Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılama mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Xocavənd şəhərinə 41 ailənin (138 nəfər) qayıdışı təmin olunub.

***

13:04

Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə qayıdıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

08:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB"Böyük qayıdış": Daha 452 nəfər doğma yurduna döndü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026